Azərbaycandan Çinə səfər edən sərnişinlərin NƏZƏRİNƏ

İyun 1, 2026 11:33 / 87
Azərbaycandan Çinə səfər edən sərnişinlərin NƏZƏRİNƏ
A-
A
A+

Bakıdan “China Southern” aviaşirkəti ilə Çinə uçan sərnişinlər Urumçi hava limanında çətinliklə üzləşiblər.

cbx-add

Turizmplus.az saytına sərnişinlərin verdiyi məlumata görə, gömrük yoxlaması zamanı baqajlarda olan bütün qida məhsulları – ət məhsulları, meyvələr və digər ərzaqlar müsadirə edilib.

Sərnişinlər bildirirlər ki, əvvəlcədən bu cür qadağalarla bağlı tam məlumatlandırılmadıqları üçün narahatlıq yaşanıb. Müsadirə olunan məhsullar geri qaytarılmayıb.

Qeyd edək ki, bir sıra ölkələrdə, xüsusilə beynəlxalq tranzit və giriş nöqtələrində qida məhsullarının daşınmasına ciddi məhdudiyyətlər tətbiq olunur.

Turizmplus.az sərnişinlərə tövsiyə edir ki, Çinə və digər Asiya ölkələrinə səfər zamanı baqaj qaydalarını əvvəlcədən dəqiqləşdirsinlər və qida məhsullarının daşınması ilə bağlı məhdudiyyətləri nəzərə alsınlar.

Oxşar xəbərlər