YENİLİK: SAVTOUR B2B sistemində Daşkənd üzrə tur paketlərin satışına start verilib

Aprel 15, 2026 11:09 / 54
YENİLİK: SAVTOUR B2B sistemində Daşkənd üzrə tur paketlərin satışına start verilib
A-
A
A+

SAVTOUR şirkəti B2B platformasında Özbəkistan istiqaməti üzrə yeni tur paketlərini təqdim edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, artıq Daşkənd istiqaməti üzrə hazır tur paketlərin satışına başlanılıb. May ayından etibarən paketlər həftədə 2 dəfə Centrum Air aviaşirkəti ilə Bakı–Daşkənd–Bakı marşrutu üzrə həyata keçiriləcək.

Təklif olunan tur paketlərə gediş-dönüş aviabiletlər, 23 kq baqaj və 8 kq əl yükü, transfer xidməti və sığorta daxildir. Bundan əlavə, müştərilər əlavə olaraq VIP transfer və müxtəlif ekskursiyalar sifariş edə bilərlər.

Qeyd olunur ki, sistem üzərindən yalnız otel rezervasiyası etmək imkanı da mövcuddur.

Şirkət yaxın zamanda SəmərqəndBuxara istiqamətləri üzrə də tur paketlərin və otel satışlarının əlavə olunacağını bildirib. Bununla yanaşı, Daşkənd–Buxara–Səmərqənd marşrutu üzrə qrup turlar da təşkil edilir.

Eyni zamanda platformada Azərbaycanın müxtəlif bölgələrində yerləşən hotellər və sanatoriyalar üzrə qiymətlər də istifadəçilərə təqdim olunur.

Oxşar xəbərlər