USD 1.7
15 °C

GÖYDƏNİZ QƏHRƏMANOV: “COP29 gələcəkdə turistlərin Azərbaycana gəlməsi imkanlarını artıracaq”

Noyabr 21, 2024 15:52 / 68
GÖYDƏNİZ QƏHRƏMANOV: “COP29 gələcəkdə turistlərin Azərbaycana gəlməsi imkanlarını artıracaq”
A-
A
A+

Hazırda Azərbaycanda keçirilən COP29 tədbiri həqiqətən də çox böyük və dünya miqyasında ən vacib tədbirlərdən biri sayılır”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, bu da öz növbəsində Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir: “Bugünlərdə 70 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi, 80-dən çox dövlət və hökumət başçısının qatıldığı COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının göstəricisidir. Bu da o deməkdir ki, dünyanın media resursları ölkəmizə fokuslanır. Bizim öz mədəniyyətimizi, mətbəximizi və turizm imkanlarımızı düzgün təbliğ etmək üçün şərait mövcuddur. Düşünürəm ki, bu proses də çox uğurlu şəkildə həyata keçirilir. Bildiyimiz kimi, bütün dünya mediası bu gün Azərbaycandan danışır və uğurlu tədbirin keçirilməsi ilə bağlı rəylər verilir”.

G.Qəhrəmanov söyləyib ki, COP29-a yalnız sadəcə iki həftəlik tədbir kimi baxmaq doğru olmaz: “Bu bizim üçün daha perspektivli və uzunmüddətli tədbirdir. Tədbir iştirakçılarının bundan sonrakı dövrdə də Azərbaycana səfər etmək imkanları olacaq. Çünki onlar ölkəmizi bir dəfə görəndən sonra bir daha Azərbaycana səfər etməyi istəyəcəklər. Eyni zamanda həmin insanlar öz ölkələrinə qayıtdıqdan sonra yaxınlarına Azərbaycan haqqında məlumatlar verəcəklər. Bu, gələcəkdə də turistlərin Azərbaycana gəlməsi imkanlarını artıracaq”.

“Son illər Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilib. Ölkəmiz İslam Həmrəyliyi, Avropa Oyunları, Formula1 kimi tədbirlərə ev sahibliyi edib. Bu da ildən-ilə ölkəmizə gələn turistlərin artmasına səbəb olur. Biz bu gün 70 mindən çox insanın toplaşdığı bir tədbiri həyata keçiririksə, bu bizim üçün çox böyük bir təcrübədir. Bu da ölkəmizdə daha böyük tədbirlərin keçirilməsinə hazır olduğumuzu göstərir”, – deputat əlavə edib.

Oxşar xəbərlər