Azərbaycanın turizm ekosistemində yerli oyunçular üçün yeni bir fürsət yaranıb. Turizm sahəsində innovativ yanaşması ilə seçilən Trippost.az platforması artıq region hotellərinə ödənişsiz qeydiyyat və gücləndirilmiş tanıtım imkanı təqdim edir.

Artıq Trippost.az-da qeydiyyatdan keçmiş şirkətlər Google və digər axtarış sistemlərində ön sıralarda görünməyə başlayıblar. Bu isə platformaya qoşulmuş hotellərin daha çox yerli və xarici turist cəlb etməsinə real şərait yaradır.
Region hotelləri üçün Trippost.az-ın təqdim etdiyi əsas üstünlüklər bunlardır:
-
Google-da yüksək görünürlük: Profil yaradıldıqdan sonra axtarış nəticələrində ön sıralarda yer alma imkanı.
-
Çoxdilli tanıtım: Hotel haqqında məlumatları Azərbaycan, rus və ingilis dillərində yerləşdirmək imkanı.
-
Ödənişsiz platformaya qoşulma: Hazırda Trippost.az region hotellərini dəstəkləmək məqsədilə qeydiyyat və profil yaradılmasını tam ödənişsiz edir.
-
Turlar və xidmətlərin əlavə olunması: Müştərilər hotellərin təqdim etdiyi əlavə xidmətlər barədə ətraflı məlumat əldə edə bilirlər.
Trippost.az nümayəndələrinin verdiyi məlumata görə, məqsəd regionlarda yerləşən otellərin daha geniş auditoriyaya çıxışını təmin etmək, daxili və gəlmə turizmin inkişafına töhfə verməkdir.
Qeydiyyat üçün: www.trippost.az