“FUN&SUN”ın təşkilatçılığı ilə Şarm əl-Şeyxə İNFO-TUR təşkil ediləcək
Turizm nümayəndələri üçün “FUN&SUN” tur-operatorunun təşkilatçılığı ilə Şarm əl-Şeyx istiqamətinə info-tur (FAM trip) təşkil ediləcək. Səfər çərçivəsində iştirakçılar regionun ən son turizm yenilikləri, otel infrastrukturu və turizm məhsulları ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.
Turizmplus.az xəbər verir ki, info-tur 31 mart tarixində start götürəcək və 6 gecə – 7 gün davam edəcək. İştirakçılar Şarm əl-Şeyxin aparıcı 5 ulduzlu otellərində yerləşdiriləcəklər.
Turun qiyməti 465 ABŞ dolları təşkil edir.
Uçuşlar Air Cairo hava yolları vasitəsilə həyata keçiriləcək.
Şarm əl-Şeyx istiqaməti üzrə yenilikləri daha yaxından öyrənmək və info-turda iştirak etmək istəyən agentlər rəsmi sorğularını elnara.akhmedova@fstravel.az elektron poçt ünvanına göndərə bilərlər.

