“Fun&Sun” Azərbaycan nümayəndəliyi AÇIQLAMA yaydı

Mart 1, 2026 15:08 / 122
“Fun&Sun” Azərbaycan nümayəndəliyi AÇIQLAMA yaydı
A-
A
A+

Şarm istiqamətində təxirə salınmış reyslə əlaqədar olaraq tur operator “Fun&Sun” tərəfindən agentlər üçün rəsmi məlumat yayılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, aviaşirkətdən təxirə salınmış uçuşla bağlı rəsmi məlumat daxil olan kimi agentlərə dərhal əlavə bildiriş təqdim ediləcək.

Bildirilib ki, hazırda Şarmda istirahətdə olan turistlər saat 12:00-dək mövcud otellərində qalacaqlar. Uçuş planında dəyişiklik olmadığı halda, turistlərin digər otellərə yerləşdirilməsi təmin ediləcək. Alternativ yerləşdirmə ilə bağlı vauçerlər artıq turistlərə təqdim olunub və onlar bu barədə məlumatlandırılıblar.

Qeyd olunub ki, bütün yenilənmiş məlumatlar sistemə yerləşdirilib.

Təcili hallarla bağlı agentlər üçün xüsusi “hotline” nömrəsi də açıqlanıb: +7 705 956 5050. Operator tərəfindən vurğulanıb ki, bu nömrə yalnız agentlər üçün nəzərdə tutulub və turistlər deyil, məhz agentlər əlaqə saxlamalıdır.

Oxşar xəbərlər