EMİL ƏLİYEV: “Kazunion” Antalya istiqamətində qiymətləri sabit saxlayır – AÇIQLAMA
Kazunion turoperatorunun təsisçisi Emil Əliyev Turizmplus.az saytına aviasiya sektorunda müşahidə olunan qiymət artımları ilə bağlı açıqlama verib.
O bildirib ki, ümumilikdə aviasiya sektorunda xərclərin artması, xüsusilə yanacaq qiymətlərinin yüksəlməsi bir çox istiqamətlər üzrə qiymətlərə yenidən baxılmasına səbəb olub.
Lakin buna baxmayaraq, Kazunion Antalya istiqaməti üzrə prinsipial mövqe nümayiş etdirərək qiymətləri dəyişməz saxlamaq qərarına gəlib.
“Ümumi bahalaşmaya baxmayaraq, tərəfdaşlarımızın və turistlərin maraqlarını əsas götürərək əlavə maliyyə yükünü bazara ötürmürük. Pegasus Airlines reyslərində əvvəlcədən formalaşdırılmış blok yerlər sayəsində stabil şərtləri qoruyub saxlayırıq”, – deyə Emil Əliyev qeyd edib.
O həmçinin vurğulayıb ki, yay mövsümü üçün turların böyük hissəsi artıq əvvəlcədən satılıb və bu şəraitdə qiymət dəyişiklikləri həm agentliklər, həm də turistlər üçün əlavə çətinliklər yarada bilər.
Kazunion nümayəndəsi əlavə edib ki, mövcud vəziyyətdə sabitlik və etibarlılıq şirkət üçün əsas prioritet olaraq qalır.

