DİQQƏT: Gürcüstana giriş qaydaları 1 yanvar 2026‑cı ildən dəyişir
1 yanvar 2026‑cı ildən başlayaraq ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta sənədi təqdim etmək məcburi olacaq.
Turizmplus.az, Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən xəbər verir ki, Bu yeni qayda, Gürcüstanın turizm infrastrukturunun inkişafı və xarici vətəndaşların səfəri zamanı tibbi risklərin qarşısının alınması məqsədilə tətbiq olunur.
Sığorta tələbləri
Yeni qaydalara əsasən, səyahətçilər sərhədi keçərkən aşağıdakı şərtlərə əməl etməlidirlər:
-
Sığorta sənədi sərhəddə təqdim edilməlidir və səyahət müddətini tam əhatə etməlidir.
-
Minimum təminat məbləği:
-
Ambulator tibbi xidmətlər üçün: ən az 5 000 ABŞ dolları
-
Hospitalizasiya, qəza və qəfil xəstəlik halları üçün: ən az 30 000 ABŞ dolları
-
-
Sığorta olmadan sərhədə gələn şəxslər üçün giriş rədd edilə və ya əlavə tələblər qoyula bilər.
Səyahətçilər üçün tövsiyələr
Gürcüstana səfər planlayanlar aşağıdakı məqamlara diqqət yetirməlidirlər:
-
Sığorta sənədinizi səyahət başlamazdan əvvəl əldə edin və orijinal və ya elektron versiyasını sərhəddə təqdim etməyə hazır saxlayın.
-
Sığorta sənədində göstərilən məbləğlər səfər müddəti ərzində kifayət etməlidir; əks halda sərhəd xidmətləri əlavə sənəd və ya ödəniş tələb edə bilər.
-
Səyahətçilər sığorta şirkətinin təklif etdiyi xidmətləri, əhatə dairəsini və limitləri diqqətlə oxumalıdırlar.

