USD 1.7
17 °C

“COP29 zamanı SMS icazələrin tətbiqi nəzərdə tutulmur” – ELNUR SOLTANOV

Oktyabr 18, 2024 15:51 / 105
“COP29 zamanı SMS icazələrin tətbiqi nəzərdə tutulmur” – ELNUR SOLTANOV
A-
A
A+

COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, – o deyib.

E.Soltanovun sözlərinə görə, bu barədə məlumat dezinformasiyadır. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb.

Oxşar xəbərlər