Bu tarixlərdə Ankaraya səfər edəcək şəxslərin NƏZƏRİNƏ

Aprel 28, 2026 12:22 / 65
Bu tarixlərdə Ankaraya səfər edəcək şəxslərin NƏZƏRİNƏ
A-
A
A+

Ankara 7–8 iyul 2026 tarixlərində keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi 2026 öncəsi intensiv hazırlıq mərhələsinə daxil olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, zirvə ərəfəsində paytaxtda, xüsusilə yüksək seqment hotellərdə doluluq səviyyəsi sürətlə artaraq 90%-ə çatıb. Məlumata görə, rezervasiyaların böyük hissəsi fərdi deyil, korporativ bloklar vasitəsilə həyata keçirilir.

Turizm Otel Yöneticileri Dərnəyinin nümayəndəsi Gökhan Esengil bildirib ki, bu proses klassik turizm axınından fərqli olaraq daha sistemli şəkildə idarə olunur və hotellər təhlükəsizlik tələbləri çərçivəsində dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Bununla yanaşı, yüksək tələbat fonunda paytaxt hotellərində qiymət artımı da müşahidə olunur. Xüsusilə 5 ulduzlu və biznes seqmentli hotellərdə gecəlik qiymətlərin əhəmiyyətli dərəcədə yüksəldiyi bildirilir.

Qeyd olunur ki, zirvə yalnız otel sektoruna deyil, eyni zamanda nəqliyyat, avtomobil icarəsi, restoran və tədbir təşkilatçıları kimi sahələrə də müsbət təsir göstərəcək. Yüksək xərcləmə qabiliyyətinə malik qonaqların iştirakı isə qısa müddətdə şəhər iqtisadiyyatına ciddi töhfə verəcək.

Ekspertlər hesab edir ki, bu cür beynəlxalq tədbirlər Ankaranın qlobal tədbir təşkil etmə potensialını nümayiş etdirərək şəhərin turizm və biznes imicini daha da gücləndirəcək.

Oxşar xəbərlər