USD 1.7
8 °C

Bu şirkətlər üçün iki rayona İNFO-TUR təşkil ediləcək

Yanvar 10, 2025 18:01 / 257
Bu şirkətlər üçün iki rayona İNFO-TUR təşkil ediləcək
A-
A
A+

Arena Hotels (Olimpiya İdman Kompleksləri) tərəfindən Turizm.Az şirkətinin təşkilatçılığı ilə Qax və Şəki komplekslərinə 2 günlük info-tur təşkil ediləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, 25-26 yanvar tarixlərində təşkil ediləcək info-turda ATAA üzvü olan ölkənin aparıcı “incoming” (gəlmə) şirkətləri və həmçinin “inbound (daxili) turizm şirkətləri iştirak edə bilər.

İştirak edəcək şəxslər, ilkin qeydiyyata düşənlər sırası əsasında qeydiyyata alınacaqdır. Yerlər məhduddur.

İnfotur əsnasında, Qax və Şəki Olimpiya kompleksləri, müvafiq Arena otelləri ilə tanışlıq, Şəki və Qaxın müəyyən turizm məkanlarına ziyarət nəzərdə tutulmuşdur.

İnfo-turun bütün xərcləri (nəqliyyat, nahar, şam və səhər yeməyi) Arena Hotels (Olimpiya İdman Kompleksləri) tərəfindən ödənilir.

Ətraflı məlumat üçün: +994 55 212 49 59 (Nilay xanım)

Oxşar xəbərlər