Bakıda Böyük Britaniya vizası üçün müraciət mərkəzi müvəqqəti bağlanacaq – BU TARİXLƏRDƏ
Bakıda fəaliyyət göstərən Böyük Britaniya vizası üçün müraciət mərkəzi mart ayında bir müddət fəaliyyət göstərməyəcək.
Turizmplus.az xəbər verir ki, Bakıda yerləşən Böyük Britaniyanın Bakıdakı Səfirliyi tərəfindən bildirilib ki, “UK Visa Application Centre” 20–30 mart tarixləri arasında dövlət bayramları ilə əlaqədar bağlı olacaq.
Qeyd olunub ki, bu müddət ərzində müraciət edən şəxslər mərkəzin xidmətlərindən istifadə edə bilməyəcəklər. Viza müraciətləri və digər xidmətlər yalnız mərkəz yenidən fəaliyyətə başladıqdan sonra qəbul ediləcək.
Vətəndaşlara müraciətlərini planlaşdırarkən bu tarixləri nəzərə almaları tövsiyə olunur. Ətraflı məlumat üçün VFS Global platformasının rəsmi səhifəsinə müraciət etmək mümkündür.

