USD 1.7
9 °C

Bakı Turizm Peşə Məktəbində “Turizmin növləri” kitabının təqdimatı keçirilib

Fevral 3, 2025 16:54 / 51
Bakı Turizm Peşə Məktəbində “Turizmin növləri” kitabının təqdimatı keçirilib
A-
A
A+

Yanvarın 31-də Bakı Turizm Peşə Məktəbində Müzəffər Ağakərimov və Rəhman Quliyevin həmmüəllifi olduğu “Turizmin növləri” adlı kitabın təqdimatı keçirilib.

cbx-add

Tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri, Millət vəkili Göydəniz Qəhrəmanov, “Bakı Turizm Ekskursiya” MMC şirkətinin direktoru Əlixan Mürvətov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədrinin müavini Əhməd Qurbanov, müəllim və tələbə kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan BTPM direktoru Neylufər Kərimova “Turizmin növləri” kitabı barədə fikirlərini səsləndirib və dərsliyin hazırlanmasında əməyi olan hər kəsə uğurlar arzulayıb.

Tədbirin davamında qonaqların, eyni zamanda kitab müəlliflərinin çıxışları baş tutub.

Sonda müəlliflər Bakı Turizm Peşə Məktəbinin turizm ixtisası üzrə tədris aparan müəllimlərinə və kitabxanaya “Turizmin növləri” kitabını hədiyyə ediblər.

Oxşar xəbərlər