Azərbaycanlı turizmçilər Tailandda keçirilən turizm sərgisində iştirak edib

Yanvar 22, 2026 11:41 / 88
Azərbaycanlı turizmçilər Tailandda keçirilən turizm sərgisində iştirak edib
A-
A
A+

Yanvarın 21-də Azərbaycan Turizm Bürosu Tailandın paytaxtı Banqok şəhərində keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində keçirilən B2B görüşlərdə iştirak edib.

cbx-add

ATB-dən Turizmplus.az saytına verilən məlumata görə, tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın görüş keçirilib.

Görüşlərdə tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə məlumat verilib.

Oxşar xəbərlər