USD 1.7
26 °C

Azərbaycan turizm nümayəndələri “Dubai Road Show 2025” tədbirində iştirak ediblər

May 26, 2025 17:01 / 318
Azərbaycan turizm nümayəndələri “Dubai Road Show 2025” tədbirində iştirak ediblər
A-
A
A+

19–23 may tarixlərində Dubay şəhərində keçirilən “Dubai Road Show 2025” beynəlxalq tədbirində Azərbaycanı təmsil edən 5 tur operator və 7 turizm agentliyi iştirak edib. Tədbir Dubai Tourism Board-un dəvəti və Flydubai hava yollarının dəstəyi ilə təşkil olunub.

cbx-add

“Aviapartner” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyevin Turizmplus.az saytına verdiyi məlumata görə, tədbir çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri, eləcə də mehmanxana nümayəndələri arasında B2B formatında görüşlər keçirilib. Görüşlər zamanı iştirakçılar Dubayın turizm potensialı, yeni layihələr və əməkdaşlıq imkanları barədə ətraflı məlumat əldə ediblər.

Ümumilikdə tədbirdə MDB ölkələrindən 80-dən çox peşəkar turizm nümayəndəsi iştirak edib. Onlar arasında yeni tərəfdaşlıqlar qurulub, regional turizm əlaqələrinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılıb.

Qeyd edək ki, tədbirin təşkilatçılarından biri də azərbaycanlı həmkarımız, Dubai Tourism Board-da məsul vəzifədə çalışan Nigar Səmədova olub. Onun təşəbbüsü və dəstəyi ilə Azərbaycan nümayəndə heyəti bu mühüm beynəlxalq platformada iştirak etmək imkanı qazanıb.

Oxşar xəbərlər