Aprel ayında İspaniyanın turizm gəlirləri 11 MİLYARD AVRONU ötüb
2026-cı ilin aprel ayında İspaniyanın turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 11 milyard 686 milyon avroya çatıb.
Turizmplus.az xəbər verir ki, 2026-cı ilin yanvar-aprel ayları ərzində ölkənin ümumi turizm gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 36 milyard 703 milyon avro təşkil edib.
Məlumata görə, aprel ayında İspaniyaya səfər edən turistlərin orta xərcləri də artım nümayiş etdirib. Belə ki, turist başına düşən orta xərc 2,1 faiz yüksələrək 1 291 avro olub.
Eyni zamanda, turistlərin gecəlik orta xərcləri 1,37 faiz artaraq 189 avroya çatıb. Ölkədə turistlərin orta qalma müddəti isə 0,72 faiz artaraq 6,82 gün təşkil edib.

