Antalyada turizm mövsümü uzanır; Oktyabrda da doluluq gözlənilir
Antalyada turizm mövsümünün yalnız iyul-avqust ayları ilə məhdudlaşmadığı, sentyabr və oktyabrın da sektor üçün getdikcə daha əhəmiyyətli dövrə çevrildiyi bildirilib.
Turizmplus.az xəbər verir ki, bunu “Turistik Otelciler ve İşletmeciler Birliyi” (AKTOB) sədri Kaan Kavaloğlu deyib.
Onun sözlərinə görə, Antalyanın əlverişli iqlimi, güclü beynəlxalq uçuş şəbəkəsi və müxtəlif turizm məhsulları sayəsində mövsümü payız aylarına qədər uzatmaq mümkündür.
Kavaloğlu qeyd edib ki, dəniz-qum-günəş turizmi ilə yanaşı, golf, idman, konqres, sağlamlıq, qastronomiya və mədəniyyət turizminin inkişafı Antalya üçün 12 aylıq turizm hədəfinə çatmaqda mühüm rol oynayır.

