Antalyada əməliyyat: Anex Tour və məşhur hotellər şəbəkəsinin sahibi də SAXLANILDI

Sentyabr 30, 2026 13:31 / 204
Antalyada əməliyyat: Anex Tour və məşhur hotellər şəbəkəsinin sahibi də SAXLANILDI
A-
A
A+

Antalyada narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində keçirilən əməliyyatda Anex Tour və Sellectum Otellərinin sahibi Neşet Koçkarın da aralarında olduğu 18 şübhəli saxlanılıb.

cbx-add

Turizmplus.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Serik Baş Prokurorluğunun istintaqı çərçivəsində sentyabrın 29-da 35 ünvanda və 2 qayıqda eyni vaxtda axtarış aparılıb.

Saxlanılanlar arasında Antalya Böyükşəhər Bələdiyyəsinin keçmiş baş katib müavini Serkan Temuçin və digər şəxslərin də olduğu bildirilib. İstintaq çərçivəsində narkotik istifadəsi və fahişəliyin təşkili ilə bağlı iddiaların araşdırıldığı qeyd olunur.

Neşet Koçkarın 2025-ci ildə İstanbulda aparılan maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində də saxlanıldığı bildirilib.

İstintaq davam edir.

Oxşar xəbərlər