Ancaq bu şirkətlərin nümayəndələri üçün Belarusa İNFO-TUR VAR

Avqust 17, 2025 12:17 / 260
Ancaq bu şirkətlərin nümayəndələri üçün Belarusa İNFO-TUR VAR
A-
A
A+

Belarus Respublikasının İdman və Turizm Nazirliyinin təşkilatçılığı və Dövlət Turizm Agentliyi ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilati dəstəyi ilə Belarusiya istiqamətində fəaliyyət göstərən turizm agentlikləri üçün Minsk şəhərinə tanışlıq səfəri təşkil olunacaqdır.

cbx-add

Turizmplus.az xəbər verir ki, səfər 22–26 sentyabr tarixlərində, ATAA-nın getmə (outgoing) turizmi ilə məşğul olan üzvləri üçün nəzərdə tutulmuşdur.

Səfərin məqsədi Belarusiyanın turizm potensialı ilə yaxından tanış olmaq, qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək və bu istiqamətdə fəaliyyətin inkişafına töhfə verməkdir.

İştirak şərtləri:
z- Hər şirkətdən yalnız 1 nəfər iştirak edə bilər.
– İştirak etmək istəyən şirkət nümayəndələri 050 224 52 12 nömrəli WhatsApp xəttinə yazaraq qeydiyyatdan keçə bilərlər.
– Ədalətli seçim prinsipi əsasında ilk müraciət edən 10 şirkət nəzərə alınacaqdır.

Qeyd: Təyyarə bileti istisna olmaqla, səfərlə bağlı bütün xərclər Belarusiya tərəfi tərəfindən qarşılanır.

 

Oxşar xəbərlər