ABŞ “Green Card” lotereyası üçün müraciətləri ÖDƏNİŞLİ ETDİ

Sentyabr 17, 2025 16:01 / 187
ABŞ “Green Card” lotereyası üçün müraciətləri ÖDƏNİŞLİ ETDİ
A-
A
A+

ABŞ-ın Diversity Visa (DV) – Green Card lotereyasına müraciət zamanı artıq 1 ABŞ dolları rüsum tətbiq edilir. Bu dəyişiklik 16 sentyabr 2025-ci ildən qüvvəyə minib.

cbx-add

Turizmplus.az xəbər verir ki, əvvəlki illərdə lotereyaya qeydiyyat pulsuz idi və yalnız qaliblər vizaya müraciət edərkən 330 dollar ödənilirdi. Yeni tətbiq olunan 1 dollar rüsumu proqramın idarə olunması, məlumatların emalı və texniki infrastruktura dəstək məqsədilə tətbiq olunub.

Qaliblər üçün vizaya müraciət zamanı tələb olunan 330 dollar əsas rüsum isə dəyişməz olaraq qalır.

Green Card lotereyası üçün müraciət etmək istəyənlər rəsmi sayt: dvprogram.state.gov ünvanından qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər