“Flyblast”ın keçmiş əməkdaşından AÇIQLAMA: “Məsələnin “outgoing” şöbəsinə aidiyyatı yoxdur”
“Flyblast” şirkətinin rəhbəri Rövşən Abdullayevin Polşada həbs edilməsi ilə bağlı yayılan məlumatlar fonunda şirkətin keçmiş əməkdaşı, turmenecer Mədinə Məlikova açıqlama verib.
Mədinə Məlikova Turizmplus.az saytına bildirib ki, şirkətin Sumqayıt və Bakı filiallarında fəaliyyət istiqamətləri ayrı şəkildə təşkil olunub.
Onun sözlərinə görə, turpaket, aviabilet və viza xidmətləri ayrı-ayrı istiqamətlər üzrə fəaliyyət göstərib və viza şöbəsində yaranan problemlərin outgoing şöbəsinin fəaliyyətinə aidiyyəti yoxdur.
Mədinə Məlikova bildirib ki, outgoing istiqamətində çalışan əməkdaşlar şirkətdən ayrılaraq ayrıca şirkət kimi fəaliyyət göstərməyə başlayıblar. Onun sözlərinə görə, həmin komanda artıq 7 ildir göstərdiyi xidmətləri əvvəlki qaydada və problemsiz şəkildə davam etdirir.

