Turizmplus.az Instagram-da yeni rekorda imza atdı: 2 milyon nəfərlik auditoriya
Turizmplus.az Instagram platformasında öz rekordunu yeniləyib.
Son 1 ay ərzində Instagram-da yayımlanan paylaşımlar 2 milyondan çox istifadəçiyə çatıb.
Bu, Turizmplus.az-ın Instagram hesabında indiyədək qeydə alınan ən yüksək aylıq nəticədir. Turizm xəbərləri, aviasiya, səyahət və maraqlı turizm mövzularına dair paylaşımlar hesabın auditoriyasının əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub.
Platformadan bildirilib ki, əldə olunan nəticə Turizmplus.az-ın Instagram-da turizm mövzusunda aparıcı informasiya resurslarından birinə çevrilmək istiqamətində atdığı addımların göstəricisidir.

