Bu tarixlərdə Ankaraya və Ankaradan səfər edəcək sərnişinlərin NƏZƏRİNƏ

İyul 3, 2026 15:12 / 46
Bu tarixlərdə Ankaraya və Ankaradan  səfər edəcək sərnişinlərin NƏZƏRİNƏ
A-
A
A+

Ankarada keçiriləcək NATO Sammiti ilə əlaqədar şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu səbəbdən bəzi marşrutlarda nəqliyyatın hərəkətində sıxlıq və məhdudiyyətlər yarana bilər.

Səlahiyyətli qurumlar xüsusilə hava limanına yollanacaq sərnişinlərə planlaşdırılan vaxtdan daha tez yola çıxmağı tövsiyə ediblər.

Bununla yanaşı, 7–8 iyul tarixlərində hava məkanı və hava limanlarının fəaliyyətində tətbiq olunacaq müvəqqəti dəyişikliklər səbəbindən bəzi reyslərin vaxtında dəyişikliklərin ola biləcəyi bildirilib. Ankara istiqamətinə uçan və ya bu şəhərdən uçuşu olan sərnişinlərə uçuş məlumatlarını yola düşməzdən əvvəl mütləq yoxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər