Ruslan Quliyev vəfat etdi

İyun 8, 2026 13:46 / 274
Ruslan Quliyev vəfat etdi
A-
A
A+

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 52 yaşlı R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Saytımızın əldə etdiyi ilkin məlumata görə, R.Quliyev turistlərlə birlikdə İsmayıllı rayonunda səfərdə olub.

Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.

Oxşar xəbərlər