“Kazunion by Rustar”ın təşkilatçılığı ilə Antalyaya İNFO-TUR təşkil ediləcək – QEYDİYYAT
“Kazunion by Rustar” tur-operatorunun təşkilatçılığı ilə turizm şirkətlərinin nümayəndələri üçün Bakıdan Türkiyənin məşhur kurort şəhərinə info-tur təşkil olunacaq.
Turizmplus.az xəbər verir ki, tur 13–20 aprel 2026-cı il tarixlərində keçiriləcək və iştirakçılar Antalya regionunda yerləşən hotellərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Uçuşlar Pegasus Airlines tərəfindən həyata keçiriləcək. Uçuş cədvəlinə əsasən, 13 aprel saat 04:50-də Baku şəhərindən Antalyaya uçuş planlaşdırılıb, geri dönüş isə 20 aprel saat 00:15-də Antalyadan Bakıya olacaq.
Info-turun qiyməti 300 avro təşkil edir.
Qiymətə daxildir:
-
Pegasus Hava Yolları ilə 20 kq baqaj daxil olmaqla aviabilet
-
5 ulduzlu hotellərdə 1/2 DBL yerləşmə
-
AI (All Inclusive) qidalanma sistemi
-
Antalya regionu üzrə hotellərin təqdimatı və tanışlıq proqramı
Turda iştirak etmək istəyən şəxslər müraciətlərini sales@kazunion.az elektron poçt ünvanına göndərə bilərlər.
Tələb olunan sənədlər:
-
Şirkət blankında doldurulmuş müraciət
-
Pasportun surəti
-
Vizit kartı
Qeyd edək ki, info-turda hər turizm agentliyindən yalnız 1 əməkdaşın iştirakı nəzərdə tutulur.

