BƏƏ və Şarm əl-Şeyxdə qalan turistlər tam təmin olunub – Kompas Azərbaycan açıqlama yaydı

Mart 2, 2026 16:00 / 53
BƏƏ və Şarm əl-Şeyxdə qalan turistlər tam təmin olunub – Kompas Azərbaycan açıqlama yaydı
A-
A
A+

Hazırda Birləşmiş Ərəb Əmirlikləri ərazisində – bütün əmirliklər üzrə olan turistlər müvafiq hotellərə tam şəkildə yerləşdirilib və fasiləsiz olaraq tam qidalanma ilə təmin olunublar. Turistlərin təhlükəsizliyi və komfortu daim nəzarətdə saxlanılır.

cbx-add

Bu barədə Turizmplus.az saytına Kompas tur-operatorunun Azərbaycan nümayəndəliyin məlumat verilib.

Qeyd olunub ki, Kompas Tour Operator tərəfindən BƏƏ-də müxtəlif səbəblərdən vətənə qayıda bilməyən vətəndaşlar yüksək səviyyəli hotel şəraiti ilə təmin edilir, onların bütün əsas ehtiyacları qarşılanır və operativ şəkildə hərtərəfli dəstək göstərilir. Mövcud vəziyyətin tam nəzarət altında olduğu və davamlı monitorinq aparıldığı vurğulanıb.

Eyni zamanda, Misirin Şarm əl-Şeyx şəhərində olan bütün turistlərin də tam şəkildə hotellərə yerləşdirildiyi və tam qidalanma ilə təmin olunduğu bildirilib.

Açıqlamada qeyd edilib ki, Azerbaijan Airlines tərəfindən geri dönüş reysləri ilə bağlı hələlik məlumat təqdim olunmadığı üçün, bu gündən etibarən turistlərin hotel yerləşməsi və qidalanma xərcləri Kompas tərəfindən öz hesabına uzadılır.

Şirkət tərəfindən agentliklərə və tərəfdaşlara müraciət edilərək turistlərin mövcud vəziyyət barədə məlumatlandırılması xahiş olunub.

Oxşar xəbərlər