2025-də İspaniya 96 milyon turistdən 134 milyard avro əldə edib

Fevral 4, 2026 12:57 / 20
2025-də İspaniya 96 milyon turistdən 134 milyard avro əldə edib
A-
A
A+

2025-ci ilin dekabr ayında İspaniyanın turizm gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə yüzdə 5,47 artaraq 8 milyard 5 milyon avroya çatıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, 2025-ci il üzrə ölkənin ümumi turizm gəliri isə bir il ərzində yüzdə 6,8 artım göstərərək 134 milyard 712 milyon avro təşkil edib.

Eyni zamanda, 2025-ci ildə İspaniyaya səfər edən turistlərin sayı da rekord həddə çatıb. Ölkəyə gələn ziyarətçilərin sayı əvvəlki illə müqayisədə yüzdə 3,2 artaraq 96 milyon 770 min nəfərə yüksəlib. Bununla da İspaniya tarixində ən yüksək turist qəbul edən il kimi qeydə alınıb.

Statistikaya əsasən, 2025-ci ildə İspaniyaya ən çox turist göndərən ölkə 19 milyon 68 min nəfərlə Böyük Britaniya olub. Böyük Britaniyanı 12 milyon 796 minlə Fransa, 12 milyon 16 minlə Almaniya, 5 milyon 681 minlə İtaliya və 4 milyon 995 minlə Hollandiya izləyib.

Oxşar xəbərlər