“Kazunion Touroperator”dan yeni məhsul: Bakı–Antalya istiqamətində blok yerlər satışdadır

Yanvar 16, 2026 16:57 / 158
“Kazunion Touroperator”dan yeni məhsul: Bakı–Antalya istiqamətində blok yerlər satışdadır
A-
A
A+

Kazunion Touroperator turizm bazarı üçün yeni və uzun müddətdir gözlənilən məhsulunu təqdim edib. Artıq Pegasus Airlines aviaşirkəti ilə Bakıdan Antalyaya birbaşa uçuşlar üzrə blok yerli turpaketlər satışa çıxarılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, uçuşlar Pegasus Airlines-in Airbus A320 tipli təyyarələri ilə həyata keçiriləcək.

Uçuş cədvəli:

  • GYD – AYT: 04:50 – 06:55

  • AYT – GYD: 00:15 – 03:50

Uçuş günləri: Bazar ertəsi, Çərşənbə, Cümə, Şənbə
Tur tarixləri: 15 iyun – 14 sentyabr 2026-cı il

Bununla yanaşı, Kazunion Touroperator erkən bronlaşdırma kampaniyasına da start verib. Erkən bronlaşdırmanın birinci mərhələsi 31 yanvar tarixinədək davam edəcək və bu mərhələdə ən sərfəli şərtlər təklif olunur.

Erkən bronlaşdırma şərti:

  • 30% ilkin ödəniş

Şirkətdən bildirilib ki, yeni məhsul həm fərdi turistlər, həm də turizm agentlikləri üçün rahat satış imkanları yaradır.

Ətraflı məlumatı Kazunion Touroperator-un rəsmi saytından əldə etmək mümkündür.

Oxşar xəbərlər