2026-cı ildə Dubaya səfər edən turistləri hansı yeniliklər gözləyir? – ARAŞDIRMA

Dekabr 22, 2025 14:27 / 97
2026-cı ildə Dubaya səfər edən turistləri hansı yeniliklər gözləyir? – ARAŞDIRMA
A-
A
A+

Birləşmiş Ərəb Əmirliklərinin əsas turizm mərkəzlərindən biri olan Dubay 2026-cı ildə turizm sektorunda irimiqyaslı yeniliklər və strateji layihələrlə qlobal diqqəti üzərinə çəkməyi planlaşdırır. Şəhər həm infrastruktur, həm də turizm məhsullarının şaxələndirilməsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyur.

cbx-add

Turizmplus.az xəbər verir ki,  Dubayda həyata keçiriləcək əsas layihələrdən biri Palm Jebel Ali mega layihəsidir. 2026-cı ildən etibarən mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulan bu zona onlarla hotel, istirahət mərkəzi, çimərlik əyləncələri və yaşayış komplekslərini əhatə edəcək. Layihə Dubayın sahil turizmini daha da gücləndirəcək.

Palm Jebel Ali

Şəhərin ekoloji yönümlü turizm strategiyası çərçivəsində Dubai Reefs layihəsi də xüsusi diqqət çəkir. Süni resiflər, dalğıclıq və dəniz ekoturizmi üçün nəzərdə tutulan bu layihə Dubayı regionda davamlı turizm sahəsində öncül mövqeyə çıxarmağı hədəfləyir.

Dubai Reefs

Bununla yanaşı, Dubai Islands layihəsi çərçivəsində yeni adalar, istirahət zonaları, parklar, golf sahələri və çimərliklər yaradılacaq. Bu ərazi ailəvi və leisure turizmi üçün yeni imkanlar açacaq.

Dubai Islands

Nəqliyyat infrastrukturunda da mühüm yeniliklər gözlənilir. Al Maktoum Beynəlxalq Hava Limanının (DWC) genişləndirilməsi 2026-cı ildə davam etdiriləcək. Layihənin tamamlanması Dubayın beynəlxalq aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək və turist axınının artmasına şərait yaradacaq.

Al Maktoum Airport

Qonaqpərvərlik sektorunda isə yeni hotellərin açılması və hotel investisiyalarına dövlət dəstəyinin artırılması planlaşdırılır. Dubay Turizm Departamenti investorlar üçün xüsusi təşviq proqramları tətbiq edərək şəhərin hotel bazarını daha rəqabətli etməyi qarşıya məqsəd qoyub.

2026-cı ildə Dubay həm də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Dubay Dünya Kuboku, Arabian Travel Market və digər iri miqyaslı sərgi və festivallar şəhərə minlərlə xarici qonağın gəlməsinə səbəb olacaq. Eyni zamanda mədəni irs marşrutlarının və tarixi məkanların bərpası üzrə layihələr də turist təcrübəsini zənginləşdirəcək.

Ekspertlərin fikrincə, 2026-cı il Dubay üçün təkcə turizm artımı deyil, həm də şəhərin “davamlı, innovativ və çoxşaxəli turizm mərkəzi” kimi mövqeyinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Oxşar xəbərlər