ATAA sədri Göydəniz Qəhrəmanov getmə turizm şirkətlərinin nümayəndələri ilə görüşüb – FOTOLAR

Oktyabr 14, 2025 14:33 / 201
ATAA sədri Göydəniz Qəhrəmanov getmə turizm şirkətlərinin nümayəndələri ilə görüşüb – FOTOLAR
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ATAA-nın getmə turizmi üzrə fəaliyyət göstərən üzvləri ilə görüş keçirib.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşün məqsədi üzv şirkətlərin fəaliyyəti zamanı getmə turizm sahəsində üzləşdikləri mövcud çətinliklər haqqında ətraflı məlumat əldə etmək, onların fikir və təkliflərini dinləmək və həlli yollarını müzakirə etməkdir.

İclasda qış mövsümünün gəlişi ilə əlaqədar getmə turizmdə hazırkı vəziyyət, səfirliklərdə vizaların alınması, hava yolları ilə əməkdaşlığın genişləndirilməsi, üzvlər arasında peşəkar münasibətlərin inkişaf etdirilməsi və Çin istigaməti müzakirə olunub.

Görüşdə həmçinin beynəlxalq turizm sərgilərində üzvlərin iştirakı, mövcud və yeni tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni turizm istigamətləri üzrə əlaqələrin qurulması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda üzv şirkətlər tərəfindən səsləndirilən fikir və təkliflər qeydə alınıb və ATAA tərəfindən həllinə dəstək göstəriləcəyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər