BƏƏ-də ilk kazinolu lüks kompleks açılacaq

Sentyabr 24, 2025 11:19 / 98
BƏƏ-də ilk kazinolu lüks kompleks açılacaq
A-
A
A+

Birləşmiş Ərəb Əmirlikləri turizm sektorunda yeni mərhələyə qədəm qoyur. Rəsmi məlumatlara görə, Ras Əl-Xayma əmirliyində inşa edilən Wynn Al Marjan Island adlı lüks kurort kompleksi ölkənin ilk kazinolu oteli olacaq. Layihənin açılışı 2027-ci ilə planlaşdırılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, kompleksin dəyərinin milyardlarla dollar olduğu bildirilir. Burada beşulduzlu mehmanxana, premium restoranlar, əyləncə və istirahət zonaları, həmçinin Yaxın Şərqdə ilk dəfə olaraq beynəlxalq standartlara uyğun kazinolar fəaliyyət göstərəcək.

Ekspertlər hesab edirlər ki, bu layihə BƏƏ turizminə yeni nəfəs gətirəcək, ölkəyə gələn xarici turistlərin sayını artıracaq və regionun qlobal turizm bazarında mövqeyini gücləndirəcək.

Oxşar xəbərlər