“Baku Holiday Travel” hotel üzrə satış lideri mükafatına layiq görüldü

Sentyabr 15, 2025 15:49 / 298
“Baku Holiday Travel” hotel üzrə satış lideri mükafatına layiq görüldü
A-
A
A+

Azərbaycan turizm sektoru üçün əlamətdar gün. Yerli bazarda fəaliyyəti ilə seçilən Baku Holiday Travel (BHT) şirkəti beynəlxalq səviyyədə nüfuzlu Yanolja ailəsinin parçası olan “Go Global Travel” təşkilatı tərəfindən “Otel Satışları üzrə Lider” Platin Mükafatına layiq görülüb. Bu, Azərbaycan turizm sənayesinin qlobal arenada yeni bir uğura imza atdığının parlaq göstəricisidir.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Go Global Travel” mükafatları səyahət sənayesində yüksək xidmət, innovasiya və strateji tərəfdaşlıqları ilə fərqlənən şirkətləri mükafatlandıran bir etalon hesab olunur. Təqdim edilən “Hotel Satışları üzrə Lider” nominasiyası isə hotel satışları, sənaye liderliyi və davamlı beynəlxalq əməkdaşlıqlar qurmaq bacarığına görə verilən xüsusi bir fərqlənmə nişanıdır. Turizm dünyasının ən məşhur adlarının layiq görüldüyü bu mükafatı Azərbaycan şirkətinin qazanması xüsusilə böyük əhəmiyyət daşıyır.

“Bu günə qədər Azərbaycandan cəmi üç turizm şirkəti bu yüksək fəxri ada layiq görülüb. BHT isə onlardan biri olmaqla, Azərbaycanın dünya turizm xəritəsindəki yerini daha da möhkəmləndirib.”

2013-cü ildə gənc sahibkar Ramil Rzayev tərəfindən qurulan Baku Holiday Travel qısa müddətdə ölkənin aparıcı Turizm Şirkətinə çevrilib. Şirkətin bu mükafatı qazanması, illərlə sərgilədiyi sadiqlik, komanda ruhu və qlobal ambisiyalarının məntiqi nəticəsidir.

BHT-nin direktoru Ramil Rzayev bu möhtəşəm nailiyyətlə bağlı fikirlərini bölüşərkən bunları deyib: “Bu mükafat bizim üçün böyük fəxrdir. Bu, komandamızın zəhmətinin, tərəfdaşlarımızın bizə olan güvəninin və Azərbaycanı dünyaya tanıtmaq üçün göstərdiyimiz qətiyyətin təcəssümüdür.”

Şirkət bu mükafatı gələcək qlobal ekspansiya planları üçün yeni bir motivasiya mənbəyi kimi dəyərləndirir. BHT bundan sonra da turizm sektorunda innovasiya, davamlı inkişaf və səmimi yanaşma ilə yeni standartlar müəyyən etməyə davam edəcək.

Oxşar xəbərlər