Bakıda “World Tourism Day” ərəfəsində möhtəşəm tədbir keçirildi – FOTOLAR

Sentyabr 11, 2025 15:00 / 326
Bakıda “World Tourism Day” ərəfəsində möhtəşəm tədbir keçirildi – FOTOLAR
A-
A
A+

4 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda turizm sənayesinin ən önəmli hadisələrindən biri baş tutdu. Kazunion by Rustar tur operatoru və Rustar Tourism şirkətinin təşkilatçılığı ilə Ümumdünya Turizm Günü (World Tourism Day) münasibətilə keçirilən illik tədbir turizm sektorunun aparıcı nümayəndələrini bir araya topladı. Tədbir Bakının ən nüfuzlu məkanlarından biri – The Ritz-Carlton Baku otelində baş tutdu.

cbx-add

Turizmplus.az xəbər verir ki, mərasim çərçivəsində iştirakçılar yeni otellərin təqdimatlarını izləmək, turizm bazarındakı yeniliklər barədə məlumat almaq və gələcək əməkdaşlıqlar üçün müzakirələr aparmaq imkanı qazandılar. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə illik satış göstəricilərinə əsasən yüksək nəticə göstərən şirkətlər xüsusi mükafatlarla təltif olundu.

Tədbirə Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Qətər, Türkiyə və Seyşel adalarından olan aparıcı otel nümayəndələrinin qatılması tədbirin beynəlxalq miqyasını daha da artırdı. Xarici qonaqlar öz turizm destinasiyalarını təqdim edərək Azərbaycan turizm bazarı ilə əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Proqramın workshop (işgüzar görüşlər) hissəsi isə olduqca dinamik keçdi. Burada müxtəlif turizm şirkətlərindən ümumilikdə 274 nəfər iştirak edərək qarşılıqlı əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə və yeni tərəfdaşlıqların əsasının qoyulmasına imkan yaratdı. Axşam keçirilən möhtəşəm gala gecəsi isə rəngarəng atmosferi ilə yadda qaldı. Bu hissədə 250 nəfərə yaxın iştirakçı qeyri-rəsmi şəraitdə ünsiyyət quraraq həmkarları ilə əməkdaşlıq perspektivlərini müzakirə etdi.

Qonaqlar tədbirin yüksək təşkilatçılıq səviyyəsini xüsusi vurğuladılar. Həm yerli, həm də beynəlxalq turizm şirkətləri üçün bu cür platformaların əməkdaşlıqların inkişafı baxımından əhəmiyyətli olduğu bildirildi.

Oxşar xəbərlər