USD 1.7
24 °C

Türkiyə hotelləri və restoranları bahalaşmağa davam edir

İyul 3, 2025 13:25 / 69
Türkiyə hotelləri və restoranları bahalaşmağa davam edir
A-
A
A+

Türkiyə Statistika Təşkilatının (TÜİK) verdiyi məlumata görə, 2025-ci ilin iyun ayında inflyasiya əvvəlki aya nisbətən 1,37%, ötən ilin dekabr ayına görə 16,67%, ötən ilin eyni ayına görə isə 35,05%, son on iki ayın ortalamasına əsasən isə 43,23% artım göstərib.

cbx-add

Turizmplus.az xəbər verir ki, ən yüksək illik artım “təhsil” sektorunda qeydə alınıb — 73,33%. Bu sahəni 65,54% ilə mənzil (konut), 38,70% ilə səhiyyə, 36,21% ilə müxtəlif mal və xidmətlər, və 35,59% ilə restoran və otellər izləyib.

İyun ayında ən çox bahalaşan sahələr:

  • Təhsil – 4,48%

  • Mənzil – 2,62%

  • Nəqliyyat – 2,38%

  • Restoran və otellər – 2,10%

  • Ev əşyaları – 2,01%

Restoran və otellərdə son vəziyyət

Restoran və otellərdə qiymətlər:

  • Əvvəlki aya görə – 2,10%

  • Ötən ilin dekabrına görə – 20,82%

  • Ötən ilin eyni ayına görə – 35,59%

  • Son 12 ayın ortalamasına görə – 51,26% artıb.

ENAG-a görə illik inflyasiya 71,23%-dir

Müstəqil Enflasiya Araşdırma Qrupu (ENAG) tərəfindən açıqlanan rəqəmlərə görə isə 2025-ci ilin iyun ayında:

  • Aylıq inflyasiya – 3,05%

  • İllik inflyasiya – 68,68% olaraq qeydə alınıb.

Oxşar xəbərlər