USD 1.7
28 °C

“Vizalarla bağlı çətinliklər bu il də müşahidə olunur” – TURİZMÇİLƏR DANIŞIR

May 22, 2025 16:40 / 619
“Vizalarla bağlı çətinliklər bu il də müşahidə olunur” – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Yay mövsümünün başlanması ilə bağlı dünyada, eləcə də Azərbaycanda turizm sektorunda aktivlik müşahidə edilir.

cbx-add

Turizmplus.az bu ərəfədə turizm şirkətlərinin rəhbərləri ilə həmsöhbət olub, onların fikirlərini öyrənib.

– Bu mövsüm azərbaycanlı turistlər ən çox hansı Avropa şəhərlərini seçir?

“YES Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı:

Hazırda ən çox seçilən şəhərlər Praqa, Budapeşt, Roma, Paris və Barselonadır. İnsanlar əsasən mədəniyyət, tarixi və alış-veriş imkanlarını bir arada axtarı

“Sun-L Travel” şirkətinin rəhbəri Günel Şıxıyeva:

2025-ci ildə azərbaycanlı turistlər arasında ən çox seçilən Avropa istiqamətləri İtaliya, Almaniya, Fransa, Macarıstan və Yunanıstan qeyd edə bilərəm. Bu ölkələrə marağın artmasının əsas səbəblərindən biri isə həmin istiqamətlərə birbaşa uçuşların mövcudluğu və münasib qiymətlərlə təklif olunmasıdır.

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərli:

Bu mövsümdə azərbaycanlı turistlər arasında ən çox tələbat olan Avropa istiqamətləri arasında Roma, Paris, Barselona, Milan, Mayorka, Madrid, Amalfi sahili və Neapol kimi şəhərlər ön plandadır. Müştərilərimiz daha çox www.bht.az platforması üzərindən çox şəhərli turlara üstünlük verirlər. Avropa istiqamətinə olan səyahət sorğuları əvvəlki illə müqayisədə xeyli artıb. Əvəzində, Türkiyədə yerləşən kurort otellərə maraq nisbətən azalıb.

– Vizaların alınmasında ötən il yaşanan problemlər bu il də təkrar olunurmu?

“YES Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı:

Bəli, xüsusilə Şengen vizası üçün görüş tapmaq hələ də ciddi problemdir. Avropa ölkələrinin konsulluqları artımı nəzərə alaraq gündəlik yer kvotasını ən azı 35-50 faiz artırmalıdırlar.

“Sun-L Travel” şirkətinin rəhbəri Günel Şıxıyeva:

Təəssüf ki, vizaların alınması ilə bağlı ötən ildən bəri yaşanan çətinliklər bu il də davam edir. Ən aktual problemlər sırasında səfirliklərin viza mərkəzlərində görüş günlərinin əldə edilməsində yaşanan çətinliklər, sistemlərin tez-tez donması və görüş tarixlərinin əvvəlcədən müəyyən olunmayan saatlarda açılması göstərilə bilər. Bu hallar iş prosesimizdə ciddi çətinliklər yaradır və müraciət edənlər üçün görüş götürülməsinə günlərlə, saatlarla sistem qarşısında vaxt itirməyimizə səbəb olur .

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərli:

Bəli, təəssüf ki, ötən il yaşanan çətinliklər bu il də müşahidə olunur. Səyahətə olan tələbatın artması səbəbilə şengen vizaları üçün səfirliklərdə görüş almaq xeyli çətinləşib. Ən çox problem Almaniya, İtaliya və Macarıstan səfirliklərində yaşanır. Görüşlərin məhdud sayda olması və uzun gözləmə müddətləri viza prosesini ləngidir.

– BMT-yə görə bu ilin statistikaları 2019-cu ilin nəticələrini arxada qoyacaq. Təcrübədə necədir? Turizm şirkətlərinə müraciət edənlərin sayında artım varmı?

“YES Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı:

Bəli, 2025-ci ilin əvvəlindən turizm şirkətlərinə müraciətlərdə əhəmiyyətli artım var. Müştəri axını artıq pandemiyadan əvvəlki səviyyəni ötür.

“Sun-L Travel” şirkətinin rəhbəri Günel Şıxıyeva:

Təcrübədə də bu proqnozlar öz təsdiqini tapmaqdadır.
Hazırda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri olaraq müşahidə etdiyimiz əsas tendensiyalardan biri, vətəndaşlarımızın xaricə səyahətə olan marağında ciddi artımın baş verməsidir. 2024-cü illə müqayisədə 2025-ci ilin ilk yarısında turizm məhsullarına – xüsusilə də Avropa istiqamətlərinə olan tələbat əhəmiyyətli dərəcədə yüksəlib.

Bu artımı şərtləndirən əsas faktorlar aşağıdakılardır:

• Pandemiyadan sonra ertələnmiş səyahət planlarının reallaşdırılması;
• Birbaşa uçuşların sayında artım və biletlərin daha münasib qiymətlərlə təklif olunması;
• Avropa ölkələrinə marağın artması və bu istiqamətlərə uyğun tur paketlərin geniş çeşiddə təqdim olunması;
• Turizm xidmətlərinin keyfiyyətində və müştəri yönümlü yanaşmada müşahidə olunan müsbət dəyişikliklər.

Bütün bu amillərin nəticəsi olaraq, turizm şirkətlərinə edilən müraciətlərin, sorğuların və rezervasiyaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Qrup turlarına, ailəvi səfərlərə və fərdi səyahət planlamalarına maraq xüsusilə yüksəkdir.

Əlavə olaraq qeyd etmək istərdik ki, bu artım sadəcə say baxımından deyil, həm də səyahətlərin müddəti və keyfiyyəti baxımından daha düşünülmüş və planlı formada həyata keçirilir.

Ümumilikdə, mövcud göstəricilər və müştəri davranışları əsasında demək mümkündür ki, 2025-ci il turizm sahəsi üçün təkcə bərpa dövrü deyil, həm də yeni zirvələrin fəth edildiyi bir il olacaq.

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərli:

Bəli, praktiki müşahidələr də BMT-nin proqnozlarını təsdiqləyir. 2019-cu illə müqayisədə Avropa istiqamətinə olan səyahətlərdə nəzərəçarpacaq artım var. Turizm şirkətlərinə müraciət edən müştərilərin sayı da çoxalıb. Bu, həm fərdi, həm də ailəvi turlar üzrə artan marağı göstərir.

Oxşar xəbərlər