USD 1.7
26 °C

“Sport Luxury” şirkətinin təşkilatçığı ilə keçirilən info-tur uğurla davam edir

May 19, 2025 11:31 / 294
“Sport Luxury” şirkətinin təşkilatçığı ilə keçirilən info-tur uğurla davam edir
A-
A
A+

“11–21 may 2025-ci il tarixlərində “Sport Luxury” şirkətinin təşkilatçılığı ilə Türkiyənin məşhur Fəthiyə Bodrum bölgələrində “Relax Tour” proqramı uğurla həyata keçirilir”.

cbx-add

Bu barədə şirkətdən Turizmplus.az saytına bildiriblər. Tur çərçivəsində Azərbaycandan ümumilikdə 33 turizm şirkətini təmsil edən 44 nümayəndə iştirak edir.

İnfo-turun əsas məqsədi iştirakçıları bölgənin turizm potensialı ilə daha yaxından tanış etmək, yeni əməkdaşlıqlar qurmaq seçilmiş otellərlə yerində tanışlıq üçün imkan yaratmaq olub. Tur müddətində nümayəndələr həm istirahət edib, həm də aşağıda göstərilən hotellərlə bağlı təqdimatlarda şəbəkələşmə tədbirlərində iştirak ediblər.

  • Liberty Fabay (Fethiye)

  • XO Cape Arnna (Fethiye)

  • Liberty Signa (Fethiye)

  • Vogue Bodrum (Bodrum)

  • Baia Bodrum (Bodrum)

Tur çərçivəsində hər bir oteldə qonaqlara təqdimatlar, ekskursiyalar yerində tanıtımlar təqdim olunub. Şirkət nümayəndələri göstərilən xidmətlərin keyfiyyətini yüksək qiymətləndirib gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Oxşar xəbərlər