USD 1.7
29 °C

İvanovkada yeni hotel – “Magnolia Family Boutique Hotel & Spa” istifadəyə verilib

May 13, 2025 10:53 / 303
İvanovkada yeni hotel – “Magnolia Family Boutique Hotel & Spa” istifadəyə verilib
A-
A
A+

İsmayıllı rayonunun İvanovka kəndində yerləşən müasir tərzdə inşa olunmuş Magnolia Family Boutique Hotel & Spa istifadəyə verilib. Kompleksin açılışı bölgədə turizm infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirilir.

cbx-add

Turizmplus.az xəbər verir ki, 60 sot ərazidə inşa edilən hotel kompleksi 14 standart otaq, 4 kotec, 3 restoran spa mərkəzindən ibarətdir. Layihənin ümumi investisiya dəyərinin 5 milyon manatdan artıq olduğu bildirilir. Yeni obyektin fəaliyyətə başlaması ilə 30-35 nəfərlik daimi məşğulluq da təmin olunub.

Qeyd edək ki, Magnolia Family Boutique Hotel & Spa həm yerli, həm xarici turistlər üçün ailəvi istirahət, təbiətlə yaxınlıq yüksək xidmət imkanları təqdim edir.

Mütəxəssislər bu təşəbbüsü təkcə yeni istirahət məkanı kimi deyil, eyni zamanda İsmayıllı rayonunun iqtisadi turizm baxımından inkişafına töhfə verəcək addım kimi dəyərləndirirlər.

Oxşar xəbərlər