USD 1.7
32 °C

Bakıda “Uzakrota”nın 15 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Aprel 22, 2025 17:50 / 279
Bakıda “Uzakrota”nın 15 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
A-
A
A+

Bakıda turizm sənayesinin ən nüfuzlu platformalarından biri olan Uzakrotanın 15 illik yubileyinə həsr edilmiş tədbir uğurla baş tutub. Tədbirdə 60-dan artıq tur operatoru və yerli partnyorlar iştirak edərək bu mühüm tarixçəni birgə qeyd ediblər.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılarla Uzakrota-nın İstanbul, Dubay və Kuala Lumpur şəhərlərində keçiriləcək qarşıdan gələn beynəlxalq tədbirlərinin detalları paylaşılıb. Görüş zamanı həmçinin qlobal səyahət tendensiyaları, texnologiya yenilikləri və sektoral əməkdaşlıqlar müzakirə olunub.

Uzakrota Səyahət Zirvəsi, onlayn turizm agentlikləri, hava yolları, otellər, səyahət texnologiyası startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri və texnologiya distribütor şirkətləri üçün dünyanın ən böyük və əhatəli tədbirlərindən biri kimi tanınır.

Bu tədbir səyahət sənayesinin aparıcı şirkətlərini, yaradıcı beyinləri və peşəkarları bir araya gətirərək, şəbəkələşmə, ideya mübadiləsi və gələcək əməkdaşlıqlara zəmin yaradır. Bakıda keçirilən yubiley tədbiri də bu baxımdan önəmli platforma rolunu oynayıb.

Uzakrota, beynəlxalq turizm bazarında Azərbaycanın rolunun daha da gücləndirilməsi və region ölkələri ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli körpü hesab olunur.

Oxşar xəbərlər