“Classic Voyage Group” və “Odeon”un təşkilatçılığı ilə turizmçilər bir arada

“Classic Voyage Group” və “Odeon” tur-operatorunun təşkilatçılığı ilə yerli şirkətlər üçün Türkiyədən gələn hotelçilərlə birlikdə “workshop” təşkil edilib.

Turizmplus.az xəbər verir ki, “Baku Marriott Hotel Boulevard”da keçirilən tədbirdə Antalya, Bodrum, İzmir və Dalaman bölgələrindən Türkiyədən gəlmiş ümumilikdə 25 hotelin nümayədəsi iştirak edib. 167 yerli şirkətdən menecerlər və rəhbər şəxslər tədbirə qoşulub və ümumilikdə 400-dən çox iştirakçı yer alıb.
TURİZM ŞİRKƏTİNİ TRİPPOST’da QEYDİYYATDAN KEÇİR
“Workshop”da qarşılıqlı tanışlıq, əlaqələrin qurulması, xidmət və məhsulların təqdimatı həyata keçirilib.
Günün sonunda isə tədbir canlı musiqi ilə müşayiət olunan möhtəşəm qala gecəsi ilə tamamlanıb. Qala gecəsində Odeon Tours ilə sıx əməkdaşlıq edən agentliklər xüsusi olaraq tanıdılıb və təltif olunub.