USD 1.7
7 °C

Yeni virus Azərbaycanın turizm sektoruna necə təsir göstərəcək? – TURİZMÇİLƏR DANIŞIR

Yanvar 7, 2025 12:29 / 429
Yeni virus Azərbaycanın turizm sektoruna necə təsir göstərəcək? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Çində yeni təhlükəli virus hesab edilən insan metapnevmovirusu (HMPV) sürətlə yayılır. Virusun qripəbənzər simptomlarının yarandığı, adətən yuxarı tənəffüs sisteminə, bəzən də aşağı tənəffüs yolu infeksiyalarına səbəb olduğu bildirilir. Artıq Qazaxıstan və Qırğızıstanda da virusa yoluxanların olduğu bildirilir.

cbx-add

Bəs, yeni virus təhlükəsi Azərbaycanın turizm sektoruna necə təsir göstərə bilər?

Turizmplus.az bu barədə turizm peşəkarlarından soruşub.

Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərlinin saytımıza bildirib ki, turizm sənayesinin artıq COVID-19-dan böyük bir karantin təcrübəsi olduğunu nəzərə alaraq, metapnevmovirusun turizm sənayesinə xüsusi təsir göstərə bilməyəcək. Çünki bu virusun simptomları, demək olar ki, adi mövsümi qrip ilə eynidir və mətbuatın verdiyi məlumata əsasən, daha çox xəstələnmə riski 15 yaş altı uşaqlar və immun çatışmazlığı olan şəxslərdə müşahidə olunur. Bu səbəbdən, metapnevmovirusun turizm sektorunda böyük bir pozuntu yaratması ehtimalı azdır.

Bununla yanaşı, hər bir halda sağlamlıq və gigiyena qaydalarına riayət edərək səyahət etmək daha önəmli olmağa davam edir. Turizm sektoru artıq pandemiya təcrübəsindən istifadə edərək təhlükəsiz səyahət şərtləri hazırlayıb və müştərilərini qorumaq üçün davamlı olaraq təkmilləşdirilmiş tədbirlər alır. Beləliklə, hər kəsin sağlamlığını qoruyaraq, turizmdən zövq almağa davam etmək mümkündür.

“Yes Travel” şirkətinin direktoru Üzeyir Bağırlı saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycanın turizm sektoru koronavirus pandemiyasından ciddi təcrübə qazanıb. O zaman reyslər cəmi 2 ay sonra bərpa edildi və bütün turizm sənayesi təhlükəsizlik standartlarını yüksək səviyyədə tətbiq etdi. Bu təcrübə göstərir ki, sənaye çevik və adaptasiya qabiliyyətlidir. Hazırda daxili turizmin inkişafı, təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi və rəqəmsal həllərin genişləndirilməsi sektoru yeni pandemiya risklərinə qarşı daha hazırlıqlı vəziyyətə gətirib. Dövlət-özəl əməkdaşlığı və ictimai maarifləndirmə ilə bu hazırlıq daha da gücləndirilə bilər.

Oxşar xəbərlər