USD 1.7
9 °C

“AZE Turizm” 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində iştirak edəcək

Noyabr 4, 2024 15:18 / 184
“AZE Turizm” 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində iştirak edəcək
A-
A
A+

“Award Organizers Group”un təşkilatçılığı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi (COPAT), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Caspian Energy Club”un rəsmi dəstəyi ilə 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Azərbaycanın tanınmış turizm şirkətlərindən hesab edilən “AZE Turizm” şirkəti də bu mötəbər müsabiqədə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2024-cü ilin ən tanınan 50 brendi sırasına daxil ola bilərlər. Səsvermə 6-27 yanvar tarixləri arasında müstəqil beynəlxalq platformada onlayn formatda keçiriləcək. Sorğuda iştirak etmək istəyən şirkətlər brendlərini dekabrın 1-nə qədər təqdim etməlidirlər.

Səsvermənin nəticələri 5 fevral tarixində “Grand CEO Party” çərçivəsində keçiriləcək 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin təqdimat mərasimində açıqlanacaq. 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 milli brend “Award Organizers Group” tərəfindən digər ölkələrdə təşkil olunan müsabiqələrin qalibləri ilə rəqabət aparacaqlar.

Turizm sektorunun ən çox oxunan xəbər saytında reklamınız olsun !

“Caspian Energy Club” üzvləri statuslarına uyğun olaraq brendlərini qeydiyyatdan keçirə bilərlər. Müsabiqə bitdikdən sonra yalnız səsvermədə iştirak edən şirkətlər brendlərin coğrafi və demoqrafik reytinqini əldə etmək hüququna malik olacaqlar.

Oxşar xəbərlər