USD 1.7
15 °C

Evdən işləyən “turizmçilər” sektora ziyan vurur – TURİZMÇİLƏR DANIŞIR

Sentyabr 18, 2024 14:59 / 672
Evdən işləyən “turizmçilər” sektora ziyan vurur – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Turizmplus.az “Turizmçilər Danışır” rubrikasında sahənin əsas problemlərini işıqlandırmağa, bu mövzularla bağlı peşəkar turizmçilərin fikirlərini yayımlamağa davam edir.

cbx-add

Bu dəfə turizmçilər arasında vergidən yayınmaq və xərcləri azaltmaq üçün səyyar fəaliyyət göstərən şəxslər barədə danışmışıq.

“AZE Turizm” şirkətinin rəhbəri Mehbarə Məmmədova saytımıza verdiyi açıqlamada qeyd edib ki, turizm bazarında baş verən özbaşınalıqlar, səyyar satıcılar, səyyar bələdçilər, transferlərin olmasından dolayı normal şirkətlərin potensialı get-gedə aşağı düşür.

“Bizim şirkətlərdə çalışan turizm işçiləri (turizmdə çalışan bir çox əməkdaşlar) 3-4 ay bir şirkətdə olaraq, şirkət müştərilərini oğurlayıb daha sonra evlərindən səyyar olaraq çalışırlar. Bunlar bir çox vergidən yayınaraq özləri üçün gəlir qazanırlar və beləcə turizm şirkətlərinə ziyan verirlər. Bununla bağlı lisenziyaların bərpası tez bir şəkildə həyata keçməlidir və turizm polisi yaradılmalıdır”, – deyə Mehbarə Məmmədova bildirib.

“Luna Travel” şirkətinin direktoru Rəhman Quliyev bildirib ki, 10 il qabaqkı dövrə nəzər salsaq görərik ki , lisenziyaların ləğvindən sonra turizm firmalarının sayı artıb ama tam əksinə qeydiyyatda olan işçi sayında heç bir artım yoxdu.

“Bu da ondan irəli gəlir ki, lisenziyanın ləğvindən sonra sui-istifadə halları kəskin artıb. Səriştəsiz və turizm təcrübəsi olmayan şəxslər heç bir yerdə qeydiyyatda olmadan, heç bir vergi ödəmədən öz evindən və ya bir çay evlərində oturub müştəriyə xidmət göstərir. Bu kimi hallar Azərbaycanda yerli turistlərlə normal vergi ödəyicisi olan turizm firmaları arasında güvənsizlik yaradır. Hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün aidiyyatı qurumlar ciddi tədbir görməlidirlər və hüquqi müstəvidə öz həllini tapmalıdır. Əks halda biz növbəti illərdə turizmin süqutu ilə üzləşəcəyik”, – deyə Rəhman Quliyev qeyd edib.

“Mood Travel” şirkətinin rəhbəri Telman Hacıyevin sözlərinə görə, turizm sektoruna ziyan vuran məsələlərdən biridə səyyar çalışanlardır.

“Nəzərə alsaq ki, bu sahədə fəaliyyət göstərən şirkətlər və bu sahədə çalışan turizm işçiləri çoxdur lakin bir müddət işləyib daha sonra işi evə daşıyaraq səyyar çalışmağı daha mənfəətli görən insanlarda çoxdur.

Bu hal özü ilə çox problemlər gətir, ilk növbədə qeyri-rəsmi satışlar,turistlərin düzgün yönləndirilməməsi və bazarda sağlam rəqabətin olmaması, bu sahədə rəsmi qaydada çalışan turizm şirkətlərinin potensialını və inkişafını aşağı çəkir”, – deyə Telman Hacıyev saytımıza açıqlamasında məlumat verib.

RƏHİM QƏDİROV

Oxşar xəbərlər