TÜRSAB rəhbəri Firuz Bağlıkayanın ailəsində ağır itki

Avqust 15, 2026 12:51 / 15
TÜRSAB rəhbəri Firuz Bağlıkayanın ailəsində ağır itki
A-
A
A+

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) keçmiş rəhbərlərindən və turizm sektorunun tanınmış simalarından Firuz Bağlıkayanın ailəsində ağır itki baş verib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Firuz Bağlıkayanın anası, təqaüdçü müəllim Güzin Akıcı vəfat edib.

Bağlıkaya sosial media hesabında anasının vəfatı ilə bağlı paylaşım edərək onu həyatının ilk rəhbəri, sonsuz sevgi və şəfqət mənbəyi kimi xarakterizə edib.

Məlumata görə, Güzin Akıcı ömrünü müəllimliyə və şagirdlərinin yetişdirilməsinə həsr edib. Onun cənazəsi Çengelköy Məzarlığından son mənzilə yola salınacaq.

Turizmplus.az olaraq Firuz Bağlıkayaya və ailəsinə dərin hüznlə başsağlığı veririk.

Oxşar xəbərlər