TURİZMÇİLƏRİN NƏZƏRİNƏ: Ödənişsiz Dubay aviabileti və individual Yaxta Turu qazanmaq imkanı

Oktyabr 1, 2025 12:31 / 216
TURİZMÇİLƏRİN NƏZƏRİNƏ: Ödənişsiz Dubay aviabileti və individual Yaxta Turu qazanmaq imkanı
A-
A
A+

Exclusive Dubai şirkəti və FlyDubai (Aviapartner) qarşılıqlı marketinq sahəsində əməkdaşlığa başlayıb. Yeni tərəfdaşlıq çərçivəsində turizm şirkətləri üçün xüsusi hədiyyə kampaniyası elan olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, şərtlərə əsasən, 01 oktyabr – 31 dekabr 2025 tarixləri arasında FlyDubai B2B sistemi üzərindən həyata keçirilən satışlar əsasında qaliblər müəyyən ediləcək.

FlyDubai (Aviapartner)-dən:

  • Exclusive Dubai şirkəti vasitəsilə ən çox satış edən 1 şirkətə – 2 nəfərlik Bakı–Dubay–Bakı aviabileti təqdim olunacaq.

Exclusive Dubai-dən (FlyDubai satışlarına görə):

  • 1-ci yer – Individual Yaxta Turu

  • 2-ci yer – VIP Safari Turu

  • 3-cü yer – Lüks Transfer (gediş–dönüş)

Qaliblərin adları 2026-cı ilin yanvar ayında açıqlanacaq.

Əməkdaşlıq çərçivəsində təşkil olunan bu kampaniya turizm şirkətlərinə əlavə motivasiya yaratmaqla yanaşı, qarşılıqlı əməkdaşlığın güclənməsinə xidmət edir.

İştirak şərtlərinə görə, bütün aviabiletlər yalnız FlyDubai B2B sistemi üzərindən əldə olunmalıdır.

Oxşar xəbərlər