Turizmçilər üçün şimal regionuna ikinci eko info-tur təşkil olunub – FOTOLAR

Oktyabr 17, 2025 13:54 / 57
Turizmçilər üçün şimal regionuna ikinci eko info-tur təşkil olunub – FOTOLAR
A-
A
A+

Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri üçün şimal regionuna ikinci eko infotur təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, infoturun əsas məqsədi qeyd olunan regionda ekoturizm imkanlarının geniş təbliğ olunması, son illərdə bu sahədə aparılan işlərin nümayiş etdirilməsi və yeni yaradılmış müəssisələrin tanıdılmasıdır.

Quba və Siyəzən rayonlarını əhatə edən infotur çərçivəsində qoruqlar, muzeylər və təbii turizm imkanlarına malik təbiət nümunələri ziyarət olunub.
Səfər iştirakçıları regionun yerli mətbəx nümunələri ilə tanış olublar.

Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi və səfər olunan məkanların geniş auditoriyaya çatdırılması, təbliğat işlərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Oxşar xəbərlər