“TourismFest Baku 2027” festivalına BÖYÜK MARAQ: İki günə 20-ə yaxın stend satıldı

Oktyabr 8, 2026 11:33 / 93
“TourismFest Baku 2027” festivalına BÖYÜK MARAQ: İki günə 20-ə yaxın stend satıldı
A-
A
A+

“TourismFest Baku 2027” milli turizm sərgisinə maraq artır.

cbx-add

Turizmplus.az xəbər verir ki, stend satışlarının başlanmasından sonra cəmi iki gün ərzində 20-yə yaxın stend satılıb. Bir sıra turizm şirkətləri artıq festivalda iştiraklarını təsdiqləyiblər.

İştirakını təsdiqləyən şirkətlər arasında Victory Tour, Bee Tours, Green Apple MICE&Leisure Travel, BTS Group Travel, SAVTour, YES Travel, Take Off DMC, Summer Travel, Frisaga, Sun-L Travel, Atlas Travel, AVA Tour, Premier Group, AZE Turizm, Millenium Tour, Rustar Tourism və Kazunion Touroperator Azerbaijan by Rustar yer alır.

Qeyd edək ki, “TourismFest Baku 2027” turizm festivalı 17–18 aprel 2027-ci il tarixlərində Bakıda, “Passage 1901” sərgi salonunda keçiriləcək. Festival turizm şirkətləri, hotel brendləri, aviaşirkətlər və digər turizm sənayesi nümayəndələrini bir araya gətirməyi, həmçinin onların məhsul və xidmətlərini potensial müştərilərə təqdim etmələri üçün imkan yaratmağı hədəfləyir.

Stend satışı davam edir. Festivalda iştirak etmək istəyən şirkətlər təşkilatçılarla əlaqə saxlaya bilərlər: +994504113819, info@tourismfest.az

Oxşar xəbərlər