“Suraxanı” gəmi-muzeyində Açıq Qapı Günü keçiriləcək

İyul 28, 2026 20:31 / 25
“Suraxanı” gəmi-muzeyində Açıq Qapı Günü keçiriləcək
A-
A
A+

ASCO-nun “Suraxanı” gəmi-muzeyində 1 avqust tarixində Açıq Qapı Günü təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, Açıq Qapı Günü çərçivəsində ziyarətçilər saat 10:00-dan 20:00-dək gəmi-muzeyə ödənişsiz daxil olaraq dənizçilik tarixi ilə tanış ola və xatirə fotoları çəkdirə biləcəklər.

Turizmplus.az-ın məlumatına görə, saat 17:00-dan 20:00-dək ziyarətçilər üçün xüsusi əyləncə proqramı da təşkil ediləcək. Proqram çərçivəsində DJ çıxışı, interaktiv oyunlar və animatorların iştirakı ilə müxtəlif fəaliyyətlər təqdim olunacaq.

Açıq Qapı Günü Bayıl ərazisində, Dənizkənarı Milli Parkda (Su İdmanı Sarayının yanı) yerləşən “Suraxanı” gəmi-muzeyində baş tutacaq.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi Azərbaycanın dənizçilik tarixini əks etdirən mühüm turizm məkanlarından biridir.

Oxşar xəbərlər