Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar olaraq “Arabian Travel Market” (ATM 2026) sərgisinin keçirilmə tarixləri dəyişdirilib.
Turizmplus.az xəbər verir ki, əvvəlcə 4–7 may 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılan sərgi artıq 17–20 avqust 2026-cı il tarixlərində təşkil olunacaq.
Tədbir əvvəlcədən planlaşdırıldığı kimi “Dubai World Trade Centre” məkanında baş tutacaq.
Bununla yanaşı, sərgi çərçivəsində keçirilən “ATM Travel Tech” və “IBTM @ ATM” tədbirləri də yeni tarixlərdə eyni proqram üzrə davam edəcək.
Təşkilatçılar bildiriblər ki, bütün sərgi imkanları, sessiyalar və fəaliyyətlər əvvəlcədən planlaşdırıldığı kimi saxlanılacaq.
Qeyd olunub ki, iştirakçılardan təqvimlərini yeniləmələri və tədbirlə bağlı növbəti məlumatları izləmələri xahiş olunur. Sərgidə iştirak və ya əlavə suallar üçün təşkilatçıların satış komandası ilə əlaqə saxlamaq mümkündür.

