USD 1.7
27 °C

“Selfie Travel” xarici turlar üzrə tur meneceri axtarır – VAKANSİYALAR

May 30, 2024 15:04 / 176
“Selfie Travel” xarici turlar üzrə tur meneceri axtarır – VAKANSİYALAR
A-
A
A+

“Selfie Travel” xarici turlar üzrə tur meneceri axtarır. Bizimlə birlikdə inkişaf edib, karyeranızda yüksəlməyə hazırsınız?

cbx-add

İş barədə məlumat:
– Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması,
– Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması,
– Otellərin bronlaşdırılması,
– Sığorta yazılması,
– Viza dəstəyi xidmətinin göstərilməsi,
– Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması,
– Mövsümi və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi,
– İş saatları:
Bazar ertəsi – şənbə günü 10:00-dan 19:00-dək;
– Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir,
(700-1500 azn ) + bonus (namizədin təcrübəsinə görə maaşa individual baxıla bilər).

Tələblər:
– Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq,(Təcrübəsi olmayanlara işi öyrədirik )
– Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)
– Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı,
– Səlis və işgüzar danışıq bacarığına malik olmaq(yalniz xanimlar)
– İşgüzar yazışmaların aparılması,
– Gülərüz və özünə qarşı tələbkar olmaq,
– Məsuliyyətli və diqqətli olmaq,
– Vaxtın idarəolunması bacarığına sahib olmaq,
– Komandada işləmə qabiliyyətinə malik olmaq.

Xüsusi qeyd: yalniz xanimlar qəbul olunur(20-28 yaş)
CV formasını selfietravel.cv@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Seçilən namizədlər ilə əlaqə yaradılaraq görüş günü təyin ediləcəkdir.

Ünvan: Caspian plaza ,Cefer cabbarli 44
Əlaqə nömrəsi: +994 55 570 32 34

Oxşar xəbərlər