USD 1.7
24 °C

“SAVTOUR” MMC Qazaxıstanda yeni turizm əlaqələri qurur və Astana nümayəndəliyini açır

İyun 18, 2025 12:16 / 352
“SAVTOUR” MMC Qazaxıstanda yeni turizm əlaqələri qurur və Astana nümayəndəliyini açır
A-
A
A+

Azərbaycanın aparıcı turizm şirkətlərindən biri olan SAVTOUR MMC, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və yeni bazarlara çıxış əldə etmək məqsədilə mühüm addımlar atır. 11 iyun tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən B2B formatlı görüşdə şirkət, bölgənin ən öndə gedən 85 turizm şirkəti ilə bir araya gəlib.

cbx-add

Səhər yeməyi formatında baş tutan tədbir çərçivəsində iştirakçılara SAVTOUR-un fəaliyyət sahələri, təqdim etdiyi xidmətlər və gələcək planları barədə ətraflı məlumat verilib. Görüşdə, eyni zamanda Qazaxıstanın tanınmış aviaşirkətlərindən olan FlysArystan da iştirak edib və öz xidmətlərini təqdim edib. Bu, regionlararası əməkdaşlığın daha da inkişafına töhfə verəcək mühüm bir dialoqun başlanğıcı kimi qiymətləndirilir.

Hazırda SAVTOUR-un online.savtour.az platformasında Astana və Daşkənd istiqamətində blok aviabiletlər mövcuddur və müxtəlif istiqamətlər üzrə hazır tur paketləri satışdadır. Şirkətin təqdim etdiyi əsas istiqamətlər aşağıdakılardır:

  • Bakı turu

  • Naftalan müalicə turu

  • Lənkəran turu

  • Kombo (bir neçə bölgəni əhatə edən) turlar

Azərbaycan turizminin Qazaxıstanda daha geniş tanıdılması, turist axınının artırılması və iki ölkə arasında turizm əlaqələrinin möhkəmləndirilməsi məqsədilə SAVTOUR MMC Astana şəhərində rəsmi nümayəndəliyini istifadəyə verib. Artıq bu şəhərdə şirkəti rəsmi olaraq “EURO-Asien Express” təmsil edir.

Nümayəndəlik ünvanı:
Astana, Ak-Bulak-2 mikrorayonu, Da Vinci Yaşayış Kompleksi, Baglan Lane, 5, Ofis 7
Əlaqə nömrəsi: +7‒701‒511‒78‒67

SAVTOUR MMC-nin rəhbərliyi bildirir ki, bu təşəbbüs yalnız iki ölkə arasında iqtisadi əlaqələrin deyil, həm də mədəni və turizm mübadiləsinin inkişafına yeni nəfəs verəcək. Astana nümayəndəliyi vasitəsilə yerli turizm şirkətləri ilə əməkdaşlığın daha çevik və effektiv həyata keçirilməsi planlaşdırılır.

Turizmplus.az olaraq inanırıq ki, SAVTOUR-un bu addımı Azərbaycan turizminin beynəlxalq səviyyədə tanınmasına və regionda mövqeyinin güclənməsinə mühüm töhfə verəcək.

Oxşar xəbərlər